10 C
Baku
Thursday, December 12, 2024

EIA Azərbaycanın 2024-cü il üzrə neft hasilatı proqnozunu dəyişib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Banker.az xəbər verir ki, EIA-in 2023-cü ilin oktyabr üzrə açıqladığı proqnozda 2024-cü ildə Azərbaycanın neft hasilatının ümumilikdə dəyişməz saxlayıb.

Bildirir ki, Azərbaycan 2024-cü ildə gündəlik 640 min barrel həcmində xam neft hasil edəcək. Birinci rübdə gündəlik 640 min, ikinci rübdəə 630 min, üçüncü rübdə 640 min vədördüncü rübdə isə 650 min barrel neft hasil edəcəyi proqnoz edilir. Lakin, ilin ikinci rübü ərzində gündəlik hasilat proqnozu sentyabrdakı proqnozunda 640 min barel idi.

Azərbaycanın xariclə ticarətində əsas ixrac neft-qaz məhsullarının üzərinə düşür. Xam neftin ixracda payı 46.13% təşkil edir. 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan xaricə 18.51 mln. ton və ya $11.23 mln.-luq xam neft ixrac edib.

Bununla bağlı yaxın zamanlarda operator “BP Azerbaijan” da açıqlamasından sonra məlum olub ki, hasilat azalıb. Bu əslində gözlənilən idi. Dövlət Büdcəsi ilə bağlı rəydə də azalma ilə bağlı qeydlər var idi. Cari ilin ilk 6 ayında neft istehsalında əsas təchizat yatağı olan Azəri-Çıraq-Günəşli yatağından gündə orta hesabla 375 min barel neft çıxarılıb. Bu 2022-ci ilin eyni dövründə 424 min ton xam neft hasil edilmişdi. İllik müqayisə üçün AÇG-dən çıxarılan neftin həcmi illik 12% azdır.

AÇG həm də ölkənin suveren fondunun gəlirlərində mühüm rola malikdir. Dövlət Neft Fonduna daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.

EIA-nın 2023-cü ilin ilk iki rübü ilə bağlı hasilat proqnozu isə 650 min və 620 min barrel-gündəlik idi.

Son xəbərlər
Digər xəbərlər