8 C
Baku
Friday, December 13, 2024

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

EIA verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 770 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 40 min barel çoxdur.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 820 min barel təşkil edəcək. Bu, fevralda verilən proqnozla müqayisədə 40 min barel çoxdur.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər