12 C
Baku
Thursday, November 14, 2024

EIA “Brent” neftinin qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104.05 ABŞ dollarından 104.78 dollaradək yüksəldib.

2023-cü ildə neftin qiyməti 95.13 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 1.38 dollar çoxdur.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98.71 dollar (öncəki proqnoz – 98.79 dollar), 2023-cü ildə isə 89.13 dollar (öncəki proqnoz – 89.75) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent” markalı etalon neftin orta qiyməti 70.89 dollar, WTI neftimim qiyməti isə 68.21 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər