14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – October 2021” hesabatında bildirir.

Məlumata görə, bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 720 min barel olub. Bu da daha əvvəlki sentyabr proqnozu ilə müqayisədə 10 min barel və ya 1,37 % azdır. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 60 min barel və ya 9,09 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun 780 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən sentyabr ayında açıqlanan proqnozla müqayisədə eynidir. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 90 min barel və ya 13,04 % çoxdur.

Son xəbərlər
Oxşar xəbərlər
X