21 C
Baku
Thursday, April 25, 2024

EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – January 2021” hesabatına istinadən xəbər verilir.

EIA-in yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozdan 10 min barel və ya 1,45 % çoxdur.

Bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 9,09 % azdır. 2020-ci ilin dördüncü rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə bu rəqəm 10 min barel və ya 1,45 % çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 730 min barel olacağı gözlənilir. Bu, EIA-in dekabr hesabatında verilən proqnozdan 10 min barel çoxdur. Bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə 30 min barel və ya 4,29 % çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozdan 10 min barel çoxdur. Bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 10,45 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 750 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən dekabr ayında açıqlanan proqnozdan 10 min barel və ya 1,35 % çoxdur. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 60 min barel və ya 8,7 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu da ötən ay açıqlanan proqnozdan 10 min barel və ya 1,39 % çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər