EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 520 min barel səviyyəsində proqnozlaşdırır.

Bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın avqust ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2027-ci il üçün neft hasilatı proqnozu qurumun iyul proqnozu ilə müqayisədə eyni qalıb.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 530 min barel olacağı gözlənilir ki, bu da iyul ayında verilən proqnozla müqayisədə eynidir.

2027-ci ilin ikinci və üçüncü rülərində Azərbaycanda gündəlik neft hasilatı 520 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

Agentlik, həmçinin 2027-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 510 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər