21 C
Baku
Saturday, September 28, 2024

EIA I rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin birinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməıyib.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – February 2021” hesabatına istinadən xəbər verilir.

EIA-in yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 9,09 % azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 10 min barel və ya 1,45 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər