32 C
Baku
Thursday, June 20, 2024

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 103,35 ABŞ dollarından 107,37 dollaradək yüksəldib.

2023-cü ildə neftin qiyməti 97,24 dollar təşkil edə bilər, bu da mayday verilən proqnoz göstəriciyə bərabərdir.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 102,47 dollar (öncəki proqnoz – 98,2 dollar), 2023-cü ildə isə 93,24 dollar (öncəki proqnoza bərabərdir) səviyyəsində olacağı ehtimal olunur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər