26 C
Baku
Saturday, July 27, 2024

EIA neftin qiymətləri üzrə proqnozunu kəskin artırıb

Bu il ərzində ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) “Brent” markalı neftin orta qiyməti üzrə proqnozunu 18,14% və ya 9,56 dollar yüksəldib.

Hesablama yanvar və may aylarında verilən proqnozlar əsasında aparılıb.

Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təcrübəni öyrənir
SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını artırıb
Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün müqavilə imzalayacaq
Məlumata görə, hesabat dövründə ən yüksən proqnoz həddi – bir barel üçün 62,28 dollar – aprel ayında qeydə alınıb, bu da may proqnozu ilə müqayisədə 0,02 dollar çoxdur. Ən aşağı proqnoz həddi EIA-ın yanvar ayı üçün dərc etdiyi hesabatda verilib – 52,7 dollar.

Bununla yanaşı, qurumun 2022-ci il üçün də “Brent” nefti üzrə verdiyi proqnozunda da kəskin artım müşahidə etmək olar. Belə ki, EIA-ın may hesabatında sözügedən neft markasının bir barel üçün qiyməti 60,74 dollar (il ərzində qeydə alınan pik proqnoz həddi) səviyyəsində proqnozlaşdırılır, bu da yanvarda verilən proqnozla müqayisədə 13,66% və ya 7,3 dollar çoxdur. Cari ilin yanvar ayında isə bu göstərici 53,44 dolar (minimal proqnoz həddi) təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə “Brent” neftinin orta qiyməti 41,69 dollar təşkil edib.

Hesablamalara görə, EIA-ın WTI markalı neftin orta qiyməti üzrə 2021-ci il üçün proqnozu il ərzində (yanvar-may ayları) 18,53% və ya 9,21 dollar artıb. Belə ki, il ərzində 2021-ci il üçün pik proqnoz həddi 58,91 dollar (may ayı), minimal proqnoz həddi isə 49,7 dollar (yanvar ayı) təşkil edib.

Hesablamalara əsasən, 2022-ci il üçün göstərici üzrə proqnoz 14,41% və ya 7,18 dollar artırılıb. İl ərzində 2022-ci il üçün pik proqnoz həddi 56,99 dollar (may ayı), minimal proqnoz həddi isə 49,81 dollar (yanvar ayı) təşkil edib.

Ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər