29 C
Baku
Thursday, July 18, 2024

EIA növbəti il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104.78 ABŞ dollarından 104.21 dollaradək endirib.

2023-cü ildə neftin qiyməti 96.91 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 1.78 dollar çoxdur.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98.07 dollar (öncəki proqnoz – 98.71 dollar), 2023-cü ildə isə 90.91 dollar (öncəki proqnoz – 89.13) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent” markalı etalon neftin orta qiyməti 70.89 dollar, WTI neftimim qiyməti isə 68.21 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər