10 C
Baku
Wednesday, March 12, 2025

EIA qlobal neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb.

EIA-nın aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 104,17 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,39 mln. barel azdır.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik maye karbohidrogenlərin hasilatının 105,78 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz göstərici – 106,16 mln. barel).

Hesabata əsasən, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,78 mln. barel olub, bu da 2023-cü ilin göstəricisi (102,02 mln. barel) ilə müqayisədə 0,76 mln. barel çoxdur.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. barel, 2020-ci ildə – 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər