13 C
Baku
Friday, November 22, 2024

“Ekol Mühəndislik Xidmətləri” 1 milyon manat mənfəəti şirkətin inkişafına yönəldəcək

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2021-ci ilin yekunlarına görə illik hesabatı açıqlanıb.

Banker.az xəbər verir ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR – 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib.

Nizamnamə kapitalında emitentin payı 5%-dən az olmayan hüquqi şəxslər isə “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyət (nizamnamə kapitalının 50%-nin, yəni 238 937,00 avro payın sahibi) və “İnterximservis” Məhdud Məsuliyyətli Cəmiyyətidir. (nizamnamə kapitalının 100%-nin, yəni 10,00 manat payın sahibi)

Cəmiyyətin 2020-ci ilin nəticələrinə görə səhmdarlara ödəniləcək dividend ümumilikdə 611 111,11 manat təşkil edib.

QSC-nin 1 080 816,58 manat məbləğində xalis mənfəəti “Ekol Mühəndislik Xidmətləri” QSC-nin inkişafına yönəldiləcək.

Son xəbərlər
Digər xəbərlər