29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “EKOLİZİNQ” MMC-nin buraxılış həcmi 250 min ABŞ dolları dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
Xatırladaq ki, “Ekolizinq” MMC 10000 manat nizamnamə kapitalı var, şirkətin 100% təsisçi payı Elnur Rəsulova məxsusdur. Bununla belə, 8 925 440 manat nizamnamə kapitalı olan “Bakı Sığorta” ASC-nin 6.68% səhmlərinə sahibdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “EKOLİZİNQ” MMC | 
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008019500 | 
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı | 
| Yerləşdirmə üsulu | Rəqabətli | 
| Buraxılış həcmi | 250,000 (iki yüz əlli min) | 
| İstiqrazın sayı | 250 (ədəd) | 
| İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları | 
| Minimal qiymət | 1,000 ABŞ dolları | 
| Maksimal qiymət | 1,000 ABŞ dolları | 
| Kəsmə qiyməti | 1,000 ABŞ dolları | 
| Ortaçəkili qiyməti | 1,000 ABŞ dolları | 
| Reallaşdırılmış həcmi | 250,000 ABŞ dolları | 
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 250,000 ABŞ dolları | 
| İllik gəlirlilik faizi | 10% | 
| Ödəmə Periodu | Hər ayda bir dəfə(hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) | 
| Tədavül müddəti | 36 ay | 
| İnvestor sayı | 2 | 
| Sifariş sayı | 2 | 
| İstiqrazların ödəmə tarixi | 29.05.2027 | 
| Anderrayter | “İnvest-Az İnvestisiya şirkəti” QSC | 


 
                                    





