26 C
Baku
Saturday, July 27, 2024

“EKOLİZİNQ” 250 min dollarlıq borc cəlb etdi – İllik 10% ödənişlə

29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “EKOLİZİNQ” MMC-nin buraxılış həcmi 250 min ABŞ dolları dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

Xatırladaq ki, “Ekolizinq” MMC 10000 manat nizamnamə kapitalı var, şirkətin 100% təsisçi payı Elnur Rəsulova məxsusdur. Bununla belə, 8 925 440 manat nizamnamə kapitalı olan “Bakı Sığorta” ASC-nin 6.68% səhmlərinə sahibdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “EKOLİZİNQ” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2008019500
İstiqrazın növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Yerləşdirmə üsulu Rəqabətli
Buraxılış həcmi 250,000 (iki yüz əlli min)
İstiqrazın sayı 250 (ədəd)
İlkin ticarət qiyməti 1,000 ABŞ dolları
Minimal qiymət 1,000 ABŞ dolları
Maksimal qiymət 1,000 ABŞ dolları
Kəsmə qiyməti 1,000 ABŞ dolları
Ortaçəkili qiyməti 1,000 ABŞ dolları
Reallaşdırılmış həcmi 250,000 ABŞ dolları
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 250,000 ABŞ dolları
İllik gəlirlilik faizi 10%
Ödəmə Periodu Hər ayda bir dəfə(hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti 36 ay
İnvestor sayı 2
Sifariş sayı 2
İstiqrazların ödəmə tarixi 29.05.2027
Anderrayter “İnvest-Az İnvestisiya şirkəti” QSC

 

Son xəbərlər
Digər xəbərlər