18 C
Baku
Thursday, March 23, 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verildi

“Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət sifarişi olduğu hallarda dövlət büdcəsi, digər hallarda isə sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir. Dövlət ekoloji ekspertizasının obyektlərinə münasibətdə bu Qaydada nəzərdə tutulan ekspertiza haqqı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hesablanır və tətbiq edilir. Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır.

Qeyd edək ki, təsdiq olunmuş bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 56-cı maddəsinin 1-ci hissəsinə əsasən hazırlanmışdır və dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydasını və bu məqsədlə dövlət ekoloji ekspertiza haqqının (bundan sonra – ekspertiza haqqı) məbləğini müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər
X