Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinə dəyişiklik edilib

  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası (A.R) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin dəyişdirilməsinə dair qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bu sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənəddə deyilir ki, 2002-ci il 12 avqust tarixli 129 nömrəli Qərarını 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

  • Ekologiya və təbii sərvətlər naziri

Kollegiyanın üzvləri:

  • Ekologiya və təbii sərvətlər nazirinin müavinləri;
  • Naxçıvan M.R ekologiya və təbii sərvətlər naziri;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.”.

 


  •  
  •  
  •  
  •