28 C
Baku
Saturday, July 27, 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şirkəti zərər ilə işləyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) 2022-ci ili 371 min manat zərər edib. 2021-ci ildə ASC-nin zərəri 3 milyon 661 min manat təşkil edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Azəryaşlandşaft” ASC-nin cəmi gəlirləri 6 milyon 426 min manatdan 7 milyon 227 min manata çatıb, cəmi xərcləri isə 10 milyon 87 min manatdan 7 milyon 598 min manata düşüb.

Hesabat dövründə “Azəryaşlandşaft” ASC-nin aktivləri 53 milyon 476 min manat olub ki, bu da illik müqayisədə 16% azalma deməkdir.

“Azəryaşlandşaft” Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində xidmətlər göstərən yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edir.

Son xəbərlər
Digər xəbərlər