11 C
Baku
Sunday, November 17, 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətlərindən birini “AzərGold”a verir

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında bağlanılmış Sazişin yerli tərəfdaşı dəyişir.

Bu sazişdə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilir.

Belə ki, saziş üzrə tərəfdaş olan ETSN “AzərGold” QSC ilə əvəz edilir. Müzakirələrdə iştirak edən deputat Sadiq Qurbanov bildirib ki, nazirliyin həm nəzarət orqanı, həm də sazişdə tərəfdaş olması maraqların toqquşmasına səbəb ola bilər: “Əvvəlcə saziş nazirliyin tabeliyindəki “Azərqızıl” Dövlət Şirkəti ilə bağlanılmışdı. Həmin şirkət ləğv edilib və nazirlik onun hüquqi varisi hesab olunub. Bundan sonra isə tərəfdaş “AzerGold” olacaq. Bundan başqa, obyektlərdən istifadə haqqında maddə də yeni redaksiyada verilib. Belə ki, şirkətə mədən-filiz qazmalarından, obyektlərdən və avadanlıqlardan pulsuz istifadə hüququ tanınır”.

Son xəbərlər
Digər xəbərlər