20 C
Baku
Friday, September 26, 2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xərclərini azaldıb

2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəlirləri 127,669 milyon manat, xərcləri isə 95,918 milyon manat olub.

Banker.az bu barədə nazirliyin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə ETSN-nin gəlirləri 120,023 milyon manat, xərcləri isə 105,431 milyon manat olub. Belə ki, illik müqayisədə gəlirləri 6.4% artıb, xərcləri isə 9% azalıb.

Hesabat dövründə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeyri-birja əməliyyatlarından gəlirləri 106,211 milyon manat, birja əməliyyatlarından gəlirləri 12,618 milyon manat, sair əməliyyatlardan gəlirləri isə 8,84 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər