10 C
Baku
Friday, December 27, 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “AzeLab”a yeni direktor təyin edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “AzeLab” MMC-yə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, yeni təyin edilən direktor Şəhla Lətifova Rafiq qızıdır.

25.12.2020-ci ildən indiyə kimi Raminə Abdullayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyi “AzeLab” MMC-nin direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında 2020-ci ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər