Ekologiya Nazirliyinin iki balıqartırma müəssisəsi MMC-yə çevrildi
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan iki balıqartırma müəssisəsi hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.
Belə ki, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı və Çaykənd Qızılbalıqartırma Zavodu bundan sonra MMC statusu ilə fəaliyyət göstərəcək.







