13 C
Baku
Friday, November 15, 2024

Ekoloqlar yolsuzluq avtomobillərinin reklamını qadağan etməyə çağırdılar

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) ekoloqları yolsuzluq avtomobillərinin və krossoverlərin reklamını qadağan etməyə çağırıblar.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Aktivistlərin fikrincə, istehsalçılar bu avtomobilləri ətraf mühitə nə qədər ziyan vurduğunu gizlədərək, “təbiətlə vəhdət” vasitəsi kimi təbliğ edirlər.

Yolsuzluq avtomobillərinin reklamını qadağan etmək tələbi Ümumdünya Təbiəti Mühafizə Fondunun Fransadakı nümayəndəliyinin saytında yerləşdirilib. Fondun verdiyi məlumata görə, bu ölkədə təbiətdəki zərərli maddələrin ikinci ən böyük mənbəyi yolsuzluq avtomobilləridir. Bununla yanaşı, avtoistehsalçıların reklam büdcəsinin təxminən 42%-i məhz bu maşınların reklamına sərf edilir.

Ümumilikdə, Fransada krossoverlərin və yolsuzluq avtomobillərinin tanıtımı reklamçılara iki il əvvəl 1.8 milyard avroya başa gəlib. Bu o deməkdir ki, hər gün dörd saatlıq efir vaxtı yolsuzluq avtomobillərinin digər avtomobillərə nisbətən üstünlüklərini sadalamağa sərf olunur. Ekoaktivistlər bunu yolsuzluq avtomobillərinə keçidin nəticələrini nəzərə almadan ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qəbul ediblər.

Qeyd edək ki, bu avtomobillər ətraf mühitə digər avtomobillərlə müqayisədə daha çox zərər verirlər, çünki hərəkət zamanı 20% daha çox karbon qazı buraxırlar. Lakin söhbət yalnız təbiəti qorumaqdan getmir – sığorta şirkətlərinin verdiyi məlumata görə, krossover sürərkən qəzaya düşmək riski 10% artır. Bundan əlavə, bu cür avtomobillər ailə büdcəsinə ciddi zərbə vurur.

Fransa hökumətinin necə reaksiya göstərəcəyi hələ məlum deyil, lakin zərərli tullantıların minimuma endirilməsi təşəbbüsü artıq “Jaguar Land Rover” avtomobil konserni tərəfindən dəstəklənmişdir. Karbon qazının miqdarını azaltmaq üçün şirkət təkrar emal edilmiş tullantılardan və təkrar emal edilə bilən materiallardan istifadə edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər