10 C
Baku
Wednesday, December 11, 2024

“EKOL”un 2023-cü ildə gəlirləri düşüb, şirkət 2.34 mln. manatlıq zərər edib

“EKOLMühəndislik Xidmətləri” QSC 2023-cü il üçün maliyyə hesabatını açıqlayıb və Şirkətin gəlirləri 2023-cü ildə 35 milyon 66 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında bildirilir.

Bu da bu da, 2022-ci ilin 40 milyon 905 min manat gəliri ilə müqayisədə 2023-cü ildə 14.3% azalma deməkdir.

2023-cü ildə “EKOL”nin ümumi xərcləri və məsrəfləri 35 milyon 495 min manat olub, bu rəqəm 2022-ci ildə 36 milyon 672 min manat idi. Əmək haqqı və ödənişlər 2023-cü ildə 21 milyon 444 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1.6% azalıb.

Şirkətin amortizasiya xərcləri 2023-cü ildə 2 milyon 787 min manat təşkil edib. 2022-ci ildəki 2 milyon 833 min manatla müqayisədə 1.6% azalma deməkdir.

2023-cü ildə əməliyyat zərəri 429 min manat təşkil edib, halbuki 2022-ci ildə şirkət 4 milyon 233 min manat əməliyyat mənfəəti əldə etmişdi. Faiz xərcləri isə illik müqayisədə 17.5% azalmaqla 1 milyon 569 min manat olub

“EKOL” il üzrə xalis zərər 2 milyon 340 min manat olub, halbuki 2022-ci ildə şirkət 1 milyon 856 min manat xalis mənfəət əldə etmişdi.

“Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə 1 mart 2006-cı il tarixində təsis edilmiş və 17 aprel 2006-cı ildə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdir.

Son xəbərlər
Digər xəbərlər