Azərbaycanda un istehsalçılarının 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətlərini qaldırıblar. Son bir ayın qiymətləri göstərir ki, təqribən 30-45 qəpik artım müşahidə edilir.
Banker.az xəbər verir ki, qiymətlərdə sabitlik yalnız məhdud sayda istehsalçıda müşahidə olunub, əksər müəssisələrdə isə bahalaşma baş verib. Söhbət 20 noyabr və 18 dekabr aralığında təqdim olunan qiymətlərdən gedir.
Ən yüksək bahalaşma “Orxan UN” MMC-də qeydə alınıb. Şirkətdə 50 kq-lıq un kisəsinin qiyməti 27.20 manatdan 27.65 manata qalxaraq 0.45 manat artıb və bu, təqdim olunan siyahı üzrə maksimum artım hesab olunur. Bundan əlavə, bir sıra istehsalçılarda 0.40 manatlıq bahalaşma müşahidə edilib. “ATS MİLL”, “AVETA”, “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi”, “Gəncə Dəyirman”, “Hazartürk”, “Karmen”, “Sünbül 2012”, “Taxıl AQRO”, “Xırman”, “Qarabağ un”, “Sarı Sünbül” MMC-lərdə qiymətlər noyabr ayı ilə müqayisədə eyni məbləğdə artıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi siyahıda nisbətən daha az artım “Anadoluqida”, “PAK-NUR”, “SKY AGRO” və “Avrora” MMC-lərdə 0.20–0.3 manat intervalında qeydə alınıb. “Nadir Quliyev adına Bakı-Taxıl” ASC və fiziki şəxs Cəfərli Tural üzrə qiymət artımı 0.35 manat təşkil edib. “Nural” MMC və “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də isə bahalaşma 0.2 manat səviyyəsində olub.
Qiymətlərin dəyişmədiyi istehsalçı “Dəvəçi-Taxıl” MMC olub. Burada 50 kq-lıq un kisəsi həm noyabrda, həm də dekabrda 26.1 manat səviyyəsində qalıb. “Səma” fərdi firması üzrə isə dekabr ayına dair qiymət təqdim edilməyib.
Eyni zamanda, bəzi istehsalçılar siyahıda ilk dəfə dekabr ayı üzrə yer alıb. “Ağsu Taxıl” MMC-də qiymət 27.80 manat, “Osmanlı Taxıl” MMC-də 27.20 manat, “Ungrano” MMC-də isə 28.0 manat təşkil edib.
Xatırladaq ki, Azərbaycan idxal yumşaq buğdanın bir tonunun qiymətini 2025-ci ilin ilk 10 ayında təqribən 215 dollar təşkil edib və 2024-cü illə müqayisədə təqribən eynidir.







