“Facebook” sosial şəbəkəsinin sabiq prezidenti Şon Parker sosial şəbəkənin yaradılmasının əsl səbəbini açıqlayıb.
Vistanews.ru saytına istinadən, o bildirib ki, tərtibatçılar bilərəkdən insan beyninin həssaslığından istifadə ediblər və layklar (bəyənmələr), şərhlər və sair vasitələrlə insan beyninə təsir göstərmək istəyiblər.
Şon Parker bildirib ki, istifadəçilər zaman-zaman daha çox həcmdə informasiya və məlumat almaq tələbatını hiss edirlər. Hər kəs istəyir ki, onun bölüşdüyü potlar və şərhlər daha çox bəyənilmə və repost toplaya bilsin. Artıq sübut olunub ki, sosial şəbəkələr insanın anlayışına mənfi təsir göstərir. Bir zamandan sonra o, daha az məhsuldar olur və dünyanı başqa cür görür.
Şon Parker bəyan edib ki, “Facebook”un uşaq və yeniyetmələrə nə cür təsir edəcəyi barədə anlayışı da olmayıb.