Ekspert: “Avro bizim valyuta bazarında möhkəmlənməyəcək”

0

Avropa Mərkəzi Bank depozit faizlərinin – 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyili azaltdı.

Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. “Əsas yenidən-maliyyələşdirmə əməliyyatları” və “marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Avropa Mərkəzi Bankı gözlənilənə nisbətən yumşaq qərar qəbul etsə də belə hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşlmır. Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür.

Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək.