ABŞ-ın Rusiyanın “Bank VTB” bankına qarşı sanksiyaları bankın Azərbaycanda fəaliyyətinə təsir etməyəcək, çünki o, “AtaHolding” ASC-nin vasitəçiliyi ilə fəaliyyət göstərir. Bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.
Onun sözlərinə görə, “Bank VTB Azərbaycan” hüquqi şəxsdir: “Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyasi qərardır. Bunun VTB-nin digər ölkələrdəki nümayəndəliklərinə təsir edəcəyini gözləmirəm, çünki onlar tamamilə hüquqi şəxslərdir və onlardan bəziləri vasitəçiliklə fəaliyyət göstərir”.
C.Abdullayevin fikrincə, müvafiq olaraq, vasitəçiliklə fəaliyyətini həyata keçirən banklara qarşı sanksiyalar tətbiq etmək düzgün olmazdı.
Trend.az