16 C
Baku
Friday, September 27, 2024

Ekspert: Banklar kredit verərkən faiz dərəcələrini qəsdən ağırlaşdırırlar

“Banklar daha çox real sektorun maliyyələşdirilməsinə meyl göstərməyə başlayıblar”.

Son vaxtlar kommersiya bankları istehlak kreditlərinin verilməsində maraqlı olmadıqlarını açıq şəkildə büruzə verirlər.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V.Bayramov açıqlamasında bildirib ki, Mərkəzi Bankın kommersiya banklarına son təzyiqlərindən və istehlak kreditlərinin ehtiyat normasının artırılması ilə bağlı son qərarından sonra banklar daha çox real sektorun maliyyələşdirilməsinə meyl göstərməyə başlayıblar:

“Halbuki, bu sektorun indiki halda maliyyələşdirilməsi banklar üçün cəlbedici görünmür. Artıq banklar vətəndaşların istehlak kreditlərindən istifadə etməməsinə və müştəriləri süni şəkildə özlərindən uzaqlaşdırmağa çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin qaldırılmaması ilə bağlı son tövsiyələrinə baxmayaraq, bəzi banklar istehlak kreditlərinə tətbiq olunan komisyon haqlarını süni şəkildə qaldırmağa və bu haqları hesablanan faizə daxil etməyə başlayıblar. Bu haqların müəyyənləşdirilməsi və faiz dərəcələrinin yüksək olması, vətəndaşın növbəti aylarda ödəməli olduğu kreditin faizinin yüksək olmasına səbəb olur”.

Ekspert, son dövrlərdə bəzi bankların yubanmalarla bağlı şərtləri də qəsdən ağırlaşdırdıqlarını da diqqətə çatdırıb:

“Bəzi xarici ölkələrdə isə kommersiya bankları krediti götürən şəxs ödəməni gecikdirən zaman, ona qarşı inzibati cəzaları tətbiq etməməyə çalışırlar. Onlar daha çox təşviqedici metodlardan istifadə edərək, vətəndaşlara müəyyən güzəştlər verirlər ki, gecikmə zamanı belə kreditödəmə imkanlarına malik olsunlar. Azərbaycanda isə krediti yubadan şəxslərə qarşı yüksək faizlər tətbiq edilir”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər