Dünya iqtisadiyyatının 2017-ci ildə artım tempinin proqnozları üstələməsi gözlənilir, lakin dolların həddindən artıq möhkəmlənməsi kimi bir sıra qeyri -müəyyənlik gətirən amillər buna əngəl yarada bilər. “Reuters” agentliyinə istinadən xəbərə görə, bu açıqlamanı Almaniyanın “Allianz” sığorta şirkətinin baş iqtisadi məsləhətçisi Məhəmməd əl-Ərian verib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatın artım tempinin 3%-dən aşağı olmasi riskləri var: “İnkişaf etməkdə olan ölkələr son illərdə ABŞ dolları ilə borclandılar. Amma, zaman keçdikcə, onlar bunun sərfəli olmadığını anladılar, ancaq şirkətlər dollarla borclanmağa davam etdilər”.
Əl-Ərian bildirib ki, ABŞ dollarının məzənnəsinin dalğalanmasında ən böyük risk şirkətlərin maliyyə hesabatlarında disbalansın yaranması ilə bağlıdır: “Əsas maliyyə problemləri buradan yaranır və ortaya bir sual çıxır: Korporativ problemlər dövlət probleminə çevriləcəkmi?”
Report