9 C
Baku
Thursday, December 12, 2024

Ekspert deyir ki, manatın məzənnəsi yenə də AMB-dən asılı olacaq

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasından sonra uçot dərəcəsi 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırılıb.

Bununla bağlı iqtisadçı Vüqar Bayramov deyib ki, son aylar dolların alış kursu ilk dəfə 1,7050-ə yüksəlib: “Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar. Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir”.

Ekspert deyib ki, məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: “Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Qeyd edək ki, ötən gün Banker.az-ın açıqlamasına görə ilin əvvəli ilə müayisədə ölkədə dollar satış və alışı ilin əvvəli ilə müqayisədə iki dəfəyə yaxın artıb.

Son xəbərlər
Digər xəbərlər