5 C
Baku
Saturday, December 14, 2024

Ekspert Elman Rüstəmovla razı deyil

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin 18 noyabr iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan hökuməti çətin dövrdə ipoteka kreditinə ayrılan vəsaiti 10 milyon manat artıraraq 40 milyon manatdan 50 milyon manata çatdırıb: “İndiyə qədər əhaliyə 1 milyard manat ipoteka verilib. Bu vəsaitin 600 milyon manatı İpoteka Fondunun vəsaiti, 400 milyon manatı isə bankların öz vəsaiti hesabına olub. 15 min 400 ailə ipoteka krediti alıb. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mənzilə ehtiyacı olan əhalini tam olaraq ipoteka krediti ilə təmin etmək dövlətin borcu deyil.

İqtisadçı-ekspert Samir Əliyev, Elman Rüstəmovun “mənzilə ehtiyacı olan əhalini tam olaraq ipoteka krediti ilə təmin etmək dövlətin borcu deyil” fikrinin kökündən yanlış olduğunu diqqətə çatdırıb: “Bu kökdən yanlış yanaşmadır. İpoeta proqramnın əsas məqsədi əhalinin xüsusən, aztəminatlı ailələrin mənzil təminatını yaxşılaşdırmaqdır. Bu bir növ hər bir dövlətin öz qarşısında qoyduğu öhdəlikdir”.

Ekspert qeyd edib ki, il ərzində 2000-2500 vətəndaş ipoteka proqramından yararlana bilmir: “Elman Rüstəmov bildirir ki, yekun olaraq 15 min 400 ailə ipotek akrediti alıb. Bunun hansı müddəti əhatə etdiyi vurğulanmır. Görünür, bu 2006-ci ildən bəri 8 ildə alınan ipotekanın sayıdır. İl ərzində 2000-2500 insan ipoteka proqramından yararlana bilmir. Belə çıxır ki, dövlət cəmisi 2000 adama ipoteka verir. Bu gün Azərbaycanda ipoteka proqramı olsa da, faktiki olaraq ondan yararlananları sayı çox aşağıdır. Yəni ipotekaya ehtiyac çox böyükdür. İl ərazində 80 min nikah bağlanır. 10 min nikahın pozulduğu nəzərə alsaq, 70 min nikah 70 min mənzil ehtiacı deməkdir. Yeni qurulan ailənin istər-istəməz mənzilə ehtiyacı olur. Bu Sovet dövrü deyil ki, ata-ana ilə bir yerdə qalsınlar. Hətta 70 minin yarısını götürəndə, ən azı hər il 30 min mənzilə ehtiyac yaranır. Bunun qarşılığında 2000 nəfərə ipoteka krediti verir. Onun da şərtləri olduqca ağırdır. Bu səbəbdən yaxşı olardı ki, xarici ölkələrdə istifadə olunan proqramlar Azərbaycanda da tətbiq edilsin. İpoteka proqramı sadələşdirilməlidir. Ən böyük problem ilkin ödəniş məsələsidir. Vətəndaş 20 faiz ilkin ödəniş verməlidir. 50 min manatlıq evin ilkin ödənişi 10 min manat edir. Bu böyük bir problem yaradır”.

S.Əliyevin sözlərinə görə, ölkə başçısının ipoeta kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı sərəncamı icra olunarsa, bu istiqamətdə problemlərin bir çoxu aradan qalxar: “Prezident İlham Əliyevin 2007-ci tarixli ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı sərəncamı var. Orada nəzərdə tutulur ki, Mərkəzi Bankın nəzdində ipoteka kreditlərinə zəmanət fondu yaradılsın. Bu müddət ərzində həmin fond yaradılmayıb. Fondun əsas məqsədi ilkin ödəniş probleminin aradan qaldırılmasıdır. Digər bir məqamı qeyd edib. Mənzil məcəlləsində qeyd olunub ki, bələdiyyələr və dövlət sosial evlər tikə bilər. Məlum məsələdir ki, bələdiyyələrin imkanı yoxdur. Bu dünyada geniş yayılmış bir proqramdır. Mahiyyəti ondan ibarətdir ki, dövlət ucuz sosial evlər tikir, vətəndaşın ev tələbatı ödənilir. Həmin evlər vətəndaşlara bazar qiymətindən aşağı kirayə verilir. Artıq ödəmək şərti ilə vətəndaş həmin evi ala da bilir”.

Aktual.az

Son xəbərlər
Digər xəbərlər