24 C
Baku
Thursday, October 10, 2024

Ekspert hökumətin bank sektoruna dəstək addımlarını şərh edir

Azərbaycan dövləti tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır. Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, koronavirus pandemiyası dövründə bank sektoru üçün böyük risklər yaranıb:

“Vətəndaşların kredit qaytarmaq imkanları zəifləyib. Bənzər situasiya 2015-ci ildə də baş vermişdi. Güman olunur ki, 2015-ci ildən çıxarılan nəticələrə əsasən, dövlət tərəfindən daha optimal həll yolları ortaya qoyulacaq. İndiki şəraitdə hökumətin görəcəyi əsas işlərdən biri sektorda likvidliyin dəstəklənməsi olmalıdır. Cari şəraitdə hökumətin requlyativ tədbirlər təqdim etmək imkanları var. Bank sektorundakı çətin vəziyyəti minimallaşdırmaq  üçün mövqe ortaya qoyulmalıdır”.

Son xəbərlər
Digər xəbərlər