15 C
Baku
Tuesday, September 27, 2022

Ekspert manatın məzənnəsi ilə bağlı fikirlərini açıqladı

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, martın 16-da 1 ABŞ dolları 1.7202 manat səviyyəsində müəyyən edilmişdi. Bu hər kəsin FED-in dolların uçot dərəcəsini qaldırmasından sonra gözlədiyi rəqəmlərlə üst-üstə düşmür. Necə olurki,dünyada dolların möhkəmləndiyi vaxt, Azərbaycanda o zəifləyir?

Bununla bağlı iqtisadçı ekspert Əkrəm Həsənov öz fikirləri ilə bölüşüb.

“Bayram günlərində ölkəyə xeyli turistin gələcəyi gözlənilir. Turistlər xarici valyuta gətirəcək. Həmin xarici valyutanı onlardan ucuz almaq istəyirlər ki, dövriyyədə manat kütləsi artmadan valyuta gəlirləri çoxalsın. Ümumiyyətlə, Mərkəzi Bankın manatı möhkəmlətməsi sırf manat kütləsinin kəskin azalması müqabilində mümkün olub. İstənilən əmtəənin miqdarını azaltsan, təbii, dəyəri artacaq. Bayram günlərində bank şöbələrinin çoxu işləməyəcək. Bu da imkan verəcək ki, işləyənlər dolların alış və satış qiymətləri arasında kəskin fərq tətbiq etsin. Yəni dolları ucuz alıb, baha satacaqlar. Düzdür, belə olsa, qara bazar da fəallaşa bilər. Hətta xaricilər də qara bazara üz tuta bilər bu halda. Çünki orada alış-satış fərqi çox olmayacaq. Ümumən isə əlbəttə ki, Mərkəzi Bankın bu siyasəti çox çəkməyəcək. İqtisadiyyata pul lazımdır. Hətta bəzi dövlət orqanları da əmək haqlarını aylarla vermir, çünki pul çatışmır. Ödəniş sistemi iflic olub: heç kəsin borcunu ödəmir, pulunu dollara çevirib devalvasiyanı gözləyir. Mərkəzi Bankı əvvəl-axır banklara kredit verib manat kütləsini artırmağa vadar edəcəklər və o zaman devalvasiya davam edəcək. Sadəcə, Mərkəzi Bankın indiki siyasəti iqtisadiyyata elə böyük ziyan vurur ki, bədəli çox ağır olacaq. İqtisadiyyatı pulsuz qoymaq insan orqanizmini qansız qoymağa bərabərdir. “.

Son xəbərlər
Oxşar xəbərlər