Azərbaycan bank sistemi liberallaşmayıb. Söhbət hansı ölkənin banklarının güclü olub-olmamasından getmir. Reallıq ondan ibarətdir ki, bu gün Rusiya, Türkiyə banklarının bank sektoruna daxil olması liberallaşma demək deyil.Avropada , ABŞ –da özünü təsdiq etmiş bankların bank sektoruna daxil olması deməkdir. Pakistan Milli Bankının bank statusu alması, Rusiya , Türkiyə banklarının bu sektora daxil olması birmənalı şəkildə rəqabəti gücləndirmir. Rəqabətin gücləndirilməsi və kredit fazilərinin aşağı salınması üçün liberallaşmanın genişlənməsi , xarici bankların xüsusən tanınmış xarici bankların bank sektoruna daxil olmasına ehtiyac var.
Bu gün süni baryerlər imkan vermir ki , xarici banklar Azərbaycana gəlsin. Nə qədər ki xarici bazar ölkəyə gəlməyib, ölkə bankları yüksək fazilər kreditlərin verilməsini davam etdirəcəklər. Bu gün rəqabət daha çox yerli banklar arasındadır. Rəqabətin genişləndirilməsi üçün tanınmış, iri xarici bankların Azərbaycan bank sektoruna daxil olmasına şəraitin yaradılmasına ehtiyac var.