9 C
Baku
Thursday, December 12, 2024

Ekspert: “Xəstəlik indiki templə davam etsə, fevralın 21-nə qədər 100 mln. insan yoluxa bilər”

Statistika üzrə mütəxəssis Andrey Movçan oxuyucuları ilə koronavirusla bağlı öz fikrini bölüşüb.
“Statistikaya, gözləntilərə və qorxulara dair bir neçə söz söyləyə bilərəm. Birincisi, koronovirusa yoluxanların sayı eksponensional artım nümayiş etdirir və bu çox qorxuludur. Xəstəlik indiki templə davam etsə, 21 fevrala qədər artıq 100 mln. insan yoluxa bilər.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 20-nə qədər yoluxanların sayı 7 milyard, 26-na qədər isə 100 milyard təşkil edəcək. Dünyada insanların sayı cəmi 7 milyarddırsa, bu necə ola bilər ki? Əlbəttə ki, yoluxanların sayı 7 milyard ola bilməz. Bizim hesabladığımız eksponent artım saxtadır və biz bunu çox yaxşı bilirik.
Bizim bildiyimiz nədir? Biz yeni virusun pnevmoniyadan daha təhlükəlidir – bir həftə ərzində yoluxma hallarının sayı iki yüzə, bir ay ərzində isə dörd minə çatıb. Buna baxmayaraq, Hong Kong virusu (1968-ci il epidemiyası) ilə müqayisədə daha az təhlükəlidir. Belə ki, Hong Kong virusuna cəmi 2 həftəyə artıq 500 mindən çox insan yoluxmuşdur.
Hong Kong qripi milyondan çox insanın həyatını məhv edib. SARS – 800. Bizim bildiyimiz budur.
Xeyir, bildiyimiz daha bir şey var. Təəccüblüdür ki, epidemiya mərkəzinin xaricində yoluxma hallarının sayı aşağı sürətlə artır. Ola bilsin ki, inkubasiya dövrü yoluxmanın həqiqi miqyasını aşkar etməyə imkan vermir və əgər elədirsə, bir-iki həftədən sonra bunu biləcəyik. Əgər yox – demək ki, lokalizasiya uğurla başa çatıb.

image2 1image1 1

Son xəbərlər
Digər xəbərlər