21 C
Baku
Friday, September 30, 2022

Ekspertlər qlobal kiberhücumdan dəyə biləcək zərərin həcmini qiymətləndiriblər

“Lloyd’s of London” sığorta bazarı və “Aon” maliyyə şirkətinin mütəxəssisləri riskin qiymətləndirilməsi üçün keçirilmiş stress testin nəticələrinə əsasən belə qərara gəliblər ki, koordinasiya edilmiş qlobal kiberhücum 85-dən 193 milyard dollaradək zərər vura bilər.

Banker.az bildirir ki, belə hücum müxtəlif aspektləri əhatə edən (biznes əməliyyatlarının dayandırılmasından kiberhadisələrə reaksiya xərclərinə kimi) sığorta iddialarının yaranmasına gətirib çıxaracaq.

Mütəxəssislər qlobal kiberhücum senarisi çərçivəsində sığorta ödənişlərinin ümumi həcmini 10-27 milyard dollar arasında proqnozlaşdırır.

Ekspertlərin proqnozuna görə, səhiyyə, pərakəndə ticarət, bank və sənaye sahələrində fəaliyyət göstərən təşkilatlar daha böyük zərərə məruz qalacaq.

Yaxşı inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə (ABŞ və Avropa dövlətləri) maddi itkilər daha böyük olacaq.

©ICTnews.az

Son xəbərlər
Oxşar xəbərlər