24 C
Baku
Friday, June 28, 2024

Ekspertlər ​Doha neft sammitinə ümid bəsləyirlər

Mərkəzi Parisdə yerləşən “Kepler Cheuvreux” investisiya şirkəti son günlər maliyyə bazarlarında neft hasilatçısı ölkələrinin Doha sammitinin nəticələri ilə bağlı yaranan pessimist əhval-ruhiyyəyə baxmayaraq, öz optimist mövqeyini qoruyub saxlayır. Şirkətin neft-qaz sektoru araşdırmaları sahəsinə rəhbərlik edən Bertran Xodinin fikrincə, İranın sammitdə iştirakı olmadan görüşdə razılaşma əldə edilmə şansı 60%-ə yaxındır. Belə olduğu halda, “Kepler Cheuvreux” neft bazarının 2017-ci ilin II rübünə qədər tarazlıq əldə edəcəyini, neft qiymətlərinin yaxın 12 ayda 50 dollar/barelə qədər artacağını ehtimal edir.

B.Xodi qeyd edib ki, İranda görüşdə iştirak edərsə, neft bazarında disbalans bu ilin son rübündə aradan qalxa bilər. Lakin şirkət bu ehtimalın 15% olduğunu bildirib. Görüşdən heç bir müsbət nəticənin əldə edilə bilməməsi ehtimalı isə 25% müəyyən edilib ki, belə olduğu halda neft qiymətlərinin 30 dollar/barelə qədər geriləməsi qaçınılmazdır.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti dünən, aprelin 5-də ABŞ-da xam neft ehtiyatlarının 4,3 mln. barel azaldığı açıqlandıqdan sonra 37,27 dollar/bareldən 38,55 dollar barelə, yəni 3,4% artıb.

-Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər