Banker.az xəbər verir ki, International Telecommunication Union tərəfindən hazırlanmış Qlobal kibertəhlükəsizlik 2017 indeksinə əsasən, Estoniya kibertəhlükəsizlik reytinqində dünya üzrə 5-ci, Avropa üzrə isə 1-ci pillədə qərarlaşıb.
Dünya reytinqinin ilk beşliyinə Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya daxildir. Ümumilikdə siyahıda 195 ölkə yer alıb. Avropada lider olan ölkələr üçlüyü isə Estoniya, Fransa və Norveçdir.
MDB ölkələri sırasında reytinqin ilk pilləsində Gürcüstan, 2-də Rusiya, 3-də isə Belorusiya qərarlaşıb.
Qeyd edək ki, Global Cybersecurity Index – Qlobal kibertəhlükəsizlik indeksi 5 kriteriya əsasında təşkil edilir: qanunvericilik, texniki potensial, təşkilati potensial, potensial və korporasiyanın genişləndirilməsi templəri.