-3 C
Baku
Sunday, December 15, 2024

Ekspertlər: koronavirus tibbi şirkətlər üçün hədiyyədir

Çində yayılan koronavirus, tibb şirkətlərinin səhmlərinin kəskin artmasına səbəb olub. 

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, Yaponiyada istehsal olunan tibbi maskalar istehsalçısı “Kawamoto” un səhmləri son iki həftə ərzində 4 dəfə artıb. 

qrafikjdhcn

Yanvarın 16-dan bəri şirkətin səhmləri dörd dəfədən çox artaraq 620 yendən (5 dollar) 2591 yen (23,7 dollar) səviyyəsinə çatıb. Yanvarın 29-u tibbi maskalar istehsalçısının səhmləri daha 23% artıb, nəticədə “Kawamoto” un bazar kapitallaşması 15,6 milyard dollara çatıb. 

Xatırladaq ki, 2019-cu ilin dekabrın 31-də Çin hakimiyyəti ölkənin mərkəzində yerləşən Uhan şəhərində aşkarlanan naməlum sətəlcəm xəstəliyi haqqında Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini aşkar edə biliblər – bu 2019-nCoV koronavirusudur. 

Son məlumatlara görə, dünya üzrə koronavirusa yoluxmuş insanların sayı təxminən 6 min nəfər təşkil edir. 

 

Son xəbərlər
Digər xəbərlər