Ekspertlərin sözlərinə görə, 2021-ci ildə bir sıra dövlətlər öz kriptovalyutasını buraxmağı planlaşdırırlar. Onlara Çin, Yaponiya, İsveç, Rusiya və Avropa İttifaqı daxildir.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Avropa Mərkəzi Bankı “rəqəmsal avro”nun buraxılışı məsələsini artıq nəzərdən keçirir, İsveç isə “e-krona” layihəsinin yaradılması üzərində işləyir.
Qeyd edək ki, Çinin rəqəmsal yuan buraxmaq niyyəti keçən ildən məlum olmuşdur, Yaponiya və Rusiyada isə bu mövzu hələ müzakirə mərhələsindədir. Mütəxəssislərin fikrincə, öz kriptovalyutasını buraxan ilk dövlət Çin olacaq.