13 C
Baku
Sunday, September 29, 2024

Ekstremal vəziyyətlərdə düzgün hərəkətlər

Bir məşhur elmi kitabda belə bir hadisə təsvir olunub: bir kişi Afrikaya gedir, savanna ilə səyahət edir, vəhşi təbiətin foto şəkillərini çəkir və günlərin bir günü hippopotamların sürüsünə rast gəlir. Təbii ki, o, belə bir fürsəti əldən buraxa bilməzdi. Və həmin kişi nadir heyvanların təbii yaşayış şəraitlərində şəkillərini çəkməyə başlayır. Bir an begemotlar onu görürlər. Hippopotamlar ot yeyən heyvanlar olsalar da, yetərincə aqressivdirlər. Beləliklə, özünüzə belə bir vəziyyət təsəvvür edin: kişi silahsız savannanın ortasında dayanıb, ətrafda bir dənə də belə olsun ağac yoxdur və onun üzərinə bir neçə tonluq heyvan qaçır. Nə etməli? O ən düzgün hərəkəti seçir: heç nə etmir.

Sadəcə yerində qalır. Begemotu qorxu bürüyür. Heyvanlar onun digər heyvanların üzərinə qaçdığı zaman heyvanların qorxusundan var gücləri ilə qaçdıqlarına öyrəşiblər. Bu kişi isə qaçmır. Və begemot kişidən bir neçə metr aralıqda dayanır, çönür və geri sürüsünə tərəf qayıdır.

Yəgin ki, kişi bilərəkdən bu addımı atmamışdı. Sadəcə olaraq o, qorxusundan yerində quruyub qalmışdı. Və bu onu xilas edir.
Biz sizə bu məqalədə ekstremal vəziyyətlərdə düzgün hərəkətləri təqdim edirik.

***
Əgər siz küçənin ortasında qəflətən özünüzü pis hiss etdinizsə, küçənin ortasında «Mən özümü pis hiss edirəm, təcili yardım çağırın», – deyə hər kəsə səslənərək qışqırmayın. Məsuliyyət bölündüyü üçün hər kəs təcili yardımın başqa insanın çağıracağını gözləyir. Bunun əvəzinə müəyyən bir insan seçin və ondan təcili yardımı çağırmasını xahiş edin. Sosial psixologiyada bu fenomen Ceznove effekti adlanır.

***
Kimdəsə epileptik tutmalar olduğu zaman ətrafdakılar nə iləsə onun ağzını açmağı və dişlərinin arasına barmaqlarını qoyaraq onun öz dilini dişləməsinə maneə olmağa çalışırlar. Bu birincisi, mənasızdır. İkincisi isə, praktik cəhətdən mümkün deyil. Belə bir vəziyyətdə dizi üstə oturmaq və tutması tutanı üzü üstə dizlərin arasına yerləşdirmək lazımdır. Həmin şəxs sakitləşəndən sonra onu böyrü üstə çevirmək gərəkdir. Bunu o, başını partlatmasın və öz mədə möhtəviyyəti ilə boğulmaması üçün edirlər.

***
Yeri gəlmişkən, alkoqollu vəziyyətdə olan hər kəsi böyrü üstə qoymaq lazımdır. Bu sadə qanuna riayət etmədiyi üçün çox saylı insanlar vəfat etmişdi, həmçinin Cimmi Xendriks də.

***
Əgər ağzınıza işıq lampa salsanız, onu həkim müdaxiləsi olmadan çıxartmaq mümkün olmayacaq. Lakin bunu öz üzərinizdə yoxlamağa dəyməz. Həqiqətən dəyməz.

***
Zəhərli ilan dişləməsi zamanı yaradan zəhər sormaq faydasızdır. İlkin olaraq yara üstündə kəsik etmək lazımdır. Ondan sonra isə zəhəri sora bilərsiniz. Mədəyə düşmüş az miqdarlı zəhər mədə şirəsi tərəfindən məhv olunacaq. Lakin unutmayın ki, sizin ağzınızda heç bir yara olmalıdır.

***
Əgər sizin telefonunuz suya düşübsə, onu söndürün, batareyasını çıxardın və onu spirt ilə doldurulmuş stəkana qoyun, sonra isə sirkələyin və bir sutka silisium gelə yerləşdirin. Silisium geli istənilən ayaqqabı qutusunda tapmaq olar. Belə etməklə sizin telefonunuzdan su çəkiləcək və su qalıqları silisium gelə və yaxud düyüyə hopacaq. Və telefonunuz yenidən işləyəcək.

***
Aşağı mərtəbələrdə yanğın zamanı adətən insanlar tüstü ilə boğulmaqdan vəfat edirlər. Əgər siz yanğın baş verən otaqdan çıxa bilmirsinizsə, vannaya su doldurun və onu içərisinə elə uzanın ki, yalnız burnunuz suyun üzərində qalsın. Məsələ ondadır ki, suyun üzərində, təxminən 3 santimetr hndürlükdü hər zaman hava qatı olur.

***
Heç vaxt qarın işlətmə dərmanla birlikdə yuxusuzluğa qarşı olan dərmanı içməyin.

***
Əgər sizə təcili olaraq polis çağırmaq lazımdırsa (məsələn, gecə küçədə qətl hadisəsi baş verib), zəng vurub polis qoşunları çağırmaq lazım deyil. Ən yaxşısı, ən yaxında yerləşən vitrini sındırın. Vitrinin sındırılması nəticəsində işə düşən siqnalizaiyanın səsinə yola düşmüş polis maşınları daha tez hadisə yerinə çatacaqlar.

***
İnsan suda boğulduğu zaman qışqırmağa və əlləri ilə köməyə çağırmağa gücü olamya bilər.

Əgər onu xilas etməyə üzürsünüzsə, özünüzlə top, plastik şüşə qabı və suda batmayan hər şeyi götürün. Həmin əşyanı boğulan şəxsə atan. Boğulan şəxs həmin əşyadan yapışacaq. Və beləliklə siz panikaya düşmüş insanla mübarizə etməkdən azad olacaqsınız.

***
Əgər quldurlar sizin qapınızı sındırmaq istəyirlərsə, siz də içəridən öz qapınızı döyməyə başlayın. Bu onları çaşdıracaq.

***
Qadınlara harada işlədiyiniz və nə qədər əmək haqqı qazandığınızı deməyin. Və əgər tək öz mənzilinizdə yaşayırsınızsa, bu mənzilin sizə aid olduğunu da deməyin.

***
Əgər kökəlməkdən qorxursunuzsa, hər gün yeməkdən öncə bir qədəh şərab için. O, qorxu hissini keyidir!

***
Anlaşılmaz və çətin vəziyyətlər yaranan zaman yatmağa gedin.

***
Əgər siz qızsınız və beş dəqiqədən sonra evdən çıxmalısınız, dırnaqlarınız isə boyalı deyil, Allah xətrinə, hər şeyi olduğu kimi saxlayın.

***
Əgər sizin üzərinizə hürərək it qaçırsa, qışqırmaq və qaçmaq lazım deyil. Yerdə olan hər nəisə götürün və onu itə tərəf atın və atıqdan sonra dərhal ikinci əşyanı götürün. Əgər yerdən heç nə tapa bilmədinizsə, elə edin ki, sanki siz itə nəsə atmağa hazırlaşırsınız. Tədricən təhlükəsiz yerə keçin, lakin arxanızı itə çevirməyin. Və təhlükə sovuşduqdan sonra sizi yaradana şükr edin.

***
Eyvanınızda daim kəndir saxlayın. Yanğın zamanı qapıdan qaça bilmədiyiniz halda siz həm özünüz, həm də ailə üzvlərinizin həyatını xilas edə bilərsiniz. Və mütləq düyün bağlamağı öyrənin.

Son xəbərlər
Digər xəbərlər