Sanksiyaya görə Ekvador fermerləri Rusiyaya banan tədarük edə bilmirlər.
Banker.az xəbər verir ki, ölkə Ekvador fermerləri üçün əsas bazardır.
Belə ki, Ekvadorda becərilən bananın 20%-i Rusiyaya göndərilir.
Amma sanksiyalar və dəniz limanlarındakı tıxaclar səbəbindən gəmi şirkətləri Rusiyaya daşımaları dayandırıblar. Nəticədə məhsullarını Rusiyaya göndərə bilməyən fermerlər onu ya dəyər-dəyməzinə satır, ya da pulsuz paylamalı olublar.