28 C
Baku
Tuesday, July 23, 2024

Ekvador Prezidenti parlamenti buraxdı

Ekvador Prezidenti Gilyermo Lasso deputatların dövlət başçısının impiçmenti məsələsinə baxmağa başlamasından sonra parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.

G.Lasso konstitusion həll yolu tapmaq üçün parlamenti buraxmaq hüququ verən Respublika Konstitusiyasının 148-ci maddəsini tətbiq etmək qərarına gəldiyini açıqlayıb. “Milli Seçki Şurasından dərhal parlament və prezident seçkilərinin təyin edilməsini də xahiş etdim”, – o söyləyib.

Dövlət başçısının sözlərinə görə, bu qərar hökumətə bütün səyləri Ekvador ailələrinin ehtiyaclarını ödəməyə yönəltməyə imkan verəcək. “Nazirlərin və onların komandalarının ekvadorluların problemlərini həll etmək əvəzinə, vaxtlarının çoxunu Milli Assambleyanın siyasi hücumlarına cavab verməyə sərf etməsi qəbuledilməzdir”, – o bildirib.

G.Lasso hökumətin islahatların aparılması üçün yaxın günlərdə bir neçə fərman verəcəyini də açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər