26 C
Baku
Friday, April 19, 2024

Ekvayrinq nədir?

Ekvayrinq – bank, ticarət və xidmət obyekti ilə arasındakı əməkdaşlıq nəticəsində satışların həcmini artırmaq və müştəriyə birgə xidmət növüdür. Xidmət ekvayer-banklar, prosessinq mərkəzləri və elektron ödəmə sistemləri tərəfindən göstərilir.

Bank internet-ekvayrinq xidmətinin elektron ödəmə sistemi üzərində üstünlüyü hesablamaların etibarlı olmasındadır.  Ödənişlərin xüsusi protokola əsasən həyata keçirilməsinə baxmayaraq, İnternetdə həyata keçirilən hər hansı ödəmə əməliyyatları yüksək dərəcədə fırıldaqçılıq hərəkətləri ilə bağlıdır və bu səbəbdən məlum xidmət bu gün çox inkişaf etməyib və çox da populyar deyil.

Plastik kartlarla nağdsız ödənişlərin sürətlə genişlənməsi ticarət və xidmət müəssisələri üçün satış həcmlərinin artımı, iş yükünün və risklərin isə azalması baxımından yeni imkanlar yaradır.

Bu xidmət sahibkara müştəridən  mal və ya xidmət müqabilində nağdsız və müasir hesablaşma vasitəsi kimi plastik kartları almaq imkanı verir.

Öz növbəsində bank:

  • Ticarət-servis məntəqəsi üçün lazımlı avadanlığın (POS – terminalların) quraşdırılmasını təmin edir.
  • Kassirləri və müvafiq işçiləri pulsuz təlimləndirir.
  • POS-terminalların texniki-xidmətini təmin edir.

Müəssisələr üçün üstünlüklər:

  • Satış həcminin artması – ödəniş kartlarından istifadə edən müştərilər çox vaxt impulsiv satınalmalar edir və nəğd pul ilə ödəniş etdiklərindən orta hesabla daha çox xərcləyir;
  • Yeni xidmət səviyyəsi və müştərilərə yüksək keyfiyyətli xidmət;
  • Kassada nəğd pulun azalması sayəsində inkassasiya edilən pulların həcminin və maliyyə riskinin azalması;
  • Satınalmalar üçün pulun avtomatik olaraq qeyd etdiyiniz müəssisə hesabına yatırılması sayəsində gəlirlərin rahat idarə edilməsi və uçotu;
  • Şirkətin rəqabət gücünün artması və müştərilər üçün daha geniş hesablaşma imkanlarının təmin edilməsi;
  • POS-terminalların hazırlanması, quraşdırılması və texniki-xidməti, eləcə də müvafiq işçilərin pulsuz təlimləndirilməsi.

Onu da qeyd edək ki, hazırda  plastik bank kartları nağd pul vəsaitləri ilə ciddi rəqabətə girməyə çalışsa da ölkədə hələ də bu istiqamətdəki vəziyyət tam formalaşmayıb. İlk növbədə nəzərə alın ki, üzərinizdə böyük miqdarda nağd pul gəzdirmək təhlükəlidir, burada həm itki həm də oğurluq təhlükəsi vardır. Iki haldan heç birində pullarınızın geri qayıdacağına zəmanət yoxdur. Plastik kart oğurlanarsa və itərsə kartı blok etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər