Ekvayrinq şəbəkəsinin inkişafı üzrə mütəxəssis
Əsas vəzifələri:
- Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka cəlb edilməsi;
- Yeni bankomatların və pos terminalların quraşdırılması üçün səmərəli yerləri axtarmaq, ehtiyac olduğu təqdirdə, mövcud bankomatların yerlərini dəyişdirmək;
- Bankomatlar və pos-terminallar üzrə partnyorlar bazasını aparmaq, dəstəkləmək və genişləndirmək;
- Bankomatlar, pos-terminallar və embosserin quraşdırılmasını, xidmətini və profilaktik işlərini təmin etmək;
- Bankomatların inkassasiyasını aparmaq;
- Zərurət yarandıqda ticarət müəssisələrin, habelə bankın xidmət şəbəkəsinin işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
- Bankomat, embosser və pos terminallara aid Beynəlxalq Ödəniş Sistemlərinin yeniliklərinin və tələblərinin daimi izləmək, icra etmək və tətbiqini təmin etmək;
Namizədə olan tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı;
- Yüksək təqdim etmə, təşkilatçılıq və satış qabiliyyəti;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli və təşəbbüskar olmaq.
Əlavə Məlumat:
- İş rejimi: həftənin I-V günləri, saat 09.00 – 18.00-dək; İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı (vergilər daxil olmaqla): 500-750 AZN (namizədin iş təcrübəsindən asılı olaraq)
- Namizədlə müvəqqəti müqavilə bağlanacaqdır.
E-mail: [email protected]