Ələt Azad İqtisadi Zonasında 2026-cı ilin birinci yarısından istifadəyə veriləcək karqo terminalı vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq.
Bunu qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu”nda deyib.
O vurğulayıb, Ələt Azad İqtisadi Zonası müştərilərinə ərazidə infrastruktur və kommunal xidmətlər, eləcə də bütün növ nəqliyyat və logistika xidmətləri ilə təmin edir: “Müştərilərin logistika və nəqliyyat xidmətlərinə olan ehtiyaclarını ödəməkdən əlavə, biz nəqliyyat logistika mərkəzləri yaradırıq. İqtisadi Zonada yaradılmış müəssisələrə fiskal və qeyri-fiskal güzəştlər paketini, o cümlədən istənilən vergilərdən, istənilən korporativ vergilərdən azadolma təqdim edirik”.