13 C
Baku
Saturday, April 27, 2024

“Elə ölkə yoxdur ki, orada iş problemi olmasın” – Sahil Babayev

“Dünyanın elə bir ölkəsi yoxdur ki, orada işsizlik problemi olmasın”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Bəli, işsizlik məsələsini görürük, bunun həlli üçün işlər həyata keçiririk. Bu gün məşğulluq proqramları var. Burada əsas diqqət yetirilir ixtisaslı kadrlara, bu gün əsas problem budur. İxtisaslı kadrlarımız nə qədərdir? Kiməsə deyə bilmərik ki, ixtisassız şəxsi işə qəbul edin. Biz onu yaxşılıqdan çox, batırmış olacağıq. Ona görə bu sahədə işlər görməliyik”, – deyə nazir işsizlik problemindən söz açıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər