17 C
Baku
Thursday, November 20, 2025

Ələt Azad İqtisadi Zonası üçün elektrik xətləri köçürülür – 10.5 milyonluq layihə

“Azərişıq” Ələt Azad İqtisadi Zonası üçün 10.48 milyon manatlıq layihə sifariş edib.

Banker.az xəbər verir ki, “Azərişıq” ASC Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış sahələrdən keçən elektrik veriliş xətlərinin və qurğularının köçürülməsi, həmçinin perspektiv kabel kanallarının quraşdırılması işlərini həyata keçirmək üçün podratçı seçib.

Layihənin icrası “STAR-PLAS” MMC-yə həvalə olunub. Müqavilənin dəyəri 10 483 795 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər