“Ələt-Bakı-Ələt sürət qatarı mütləq lazımdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Nazirlər Kabinetinə bununla bağlı müraciət edilib:
“Cavab belə oldu ki, bu məsələyə Bakı ətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma bu istiqamətdə infrastruktur hazırdır. Buzovnaya infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.