Saatlı rayonunda fəaliyyətdə olan “El Gücü Kredit İttifaqı” MMC 2024-cü ili 19 154 manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ildəki 21 861 manatlıq mənfəətlə müqayisədə 12,4% azalma deməkdir.
Banker.az bunu kredit ittifaqının illik audit hesabatına istinadən xəbər verir.
Kreditlər üzrə faiz gəlirləri 2024-cü ildə 55 465 manat təşkil edib ki, bu da əvvəlki ilin 76 464 manatlıq göstəricisindən 27,4% azdır.
Qeyri-faiz gəlirləri də cüzi dəyişmə ilə 6 276 manata düşüb.
Cəmi gəlirlər 2024-cü ildə 61 741 manat olub. Bu da ötən ildəki 82 min 966 manatla müqayisədə 25,6% azalma deməkdir.
2024-cü ildə əmək haqqı və sosial xərclər ümumilikdə 27 583 manat təşkil edib ki, bu da öncəki ildəki 31 401 manatla müqayisədə 12,1% azalma deməkdir. İnzibati və əməliyyat xərcləri 2024-cü ildə 5 571 manat, qeyri-faiz xərclərinin cəmi isə 33 154 manata enib, 2023-cü ildə bu göstərici 39 min 780 manat idi.
Beləliklə, 2024-cü ildə “El Gücü Kredit İttifaqı”nın xalis mənfəət 19 min 154 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2 700 manat azalma deməkdir.
2024-cü ildə “El Gücü Kredit İttifaqı”nın aktivləri 339 213 manata çatıb. Bu, əvvəlki ilin 291 222 manatlıq göstəricisindən 16,5% çoxdur. Artım əsasən kredit portfelindəki genişlənmə ilə bağlıdır – 2023-cü ildə 299 min manat olan kreditlər 2024-cü ildə 329 min manata yüksəlib.
Xatrıladaq ki, “El Gücü Kredit İttifaqı” MMC 2007-ci ildə Saatlı rayonunda fəaliyyət yaradıb. Kİ-nin 4015 manat nizamnamə kapitalı var. Payçılar bunlardır:
- Bədalov Sabir Əjdər oğlu – 9.09%
- Bədalov Vasif Sabir oğlu – 9.09%
- Rzayev Təvəkkül Əjdər oğlu – 9.09%
- Babayeva Dilşad Əlif qızı – 9.09%
- Rzayev Ceyhun Təvəkkül oğlu – 9.09%
- Əliyev Mübariz Urfulla oğlu – 9.09%
- Rzayev Əzizəğa Allahverdi oğlu – 9.09%
- Bədalova Rana Elyas qızı – 9.09%
- Rzayeva Sevil Müseyib qızı – 9.09%
- Rzayev Elnur Allahverdi oğlu – 9.09%
- Rzayev Fazil Əjdər oğlu – 9.09%